Ölkə futbolu
Mehdiyevin komandası baş məşqçisiz qaldı
Azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi …
Azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi Türkiyənin “Girəsunspor” klubu baş məşqçisi Məhmət Birincini istefaya göndərib. Futbolinfo.az xəbər verir ki, buna səbəb 57 yaşlı mütəxəssisin rəhbərlik etdiyi komandanın uğursuz nəticələr qazanmasıdı.
Belə ki, Türkiyə PTT 1-ci Liqasında cari mövsüm 7 oyundan sonra ancaq 4 xal toplayan və turnir cədvəlinin 15-ci sırasında qərarlaşan komandanın son turdakı 1:2 hesablı “Alanyaspor” məğlubiyyəti rəhbərliyin səbr kəsasını doldurub və məşqçi qovulub. “Girəsunspor”un prezidenti Mustafa Bozbağ türkiyəli mütəxəssis və onun köməkçisi Suat Tekelioğlu ilə görüşüb və hər iki məşqçinin müqaviləsi qarşılıqlı olaraq ləğv edilib. Yeni baş məşqçi təyin olunana kimi, komanda qapıçı məşqçisi İsmail Güneyin nəzarətində olacaq.
Qeyd edək ki, Birinci ötən mövsümün əvvəlindən “Girəsunspor”u çalışdırırdı. Komanda məhz onun rəhbərliyi altında ötən mövsüm 1-ci liqaya vəsiqə qazanıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib