Dünya futbolu
UEFA ÇSKA-nı sevindirdi
UEFA Apellyasiya komitəsi ÇSKA-nın müraciətinə baxıb….
UEFA Apellyasiya komitəsi ÇSKA-nın müraciətinə baxıb. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu "Roma" ilə oyundan sonra Rusiya təmsilçisinə verdiyi cəzanı nisbətən yumşaldıb. ÇSKA-nın azarkeşsiz oyunlarının sayı 3-dən 2-ə endirilib.
Beləliklə, Moskva klubunun cəzası "Roma" ilə ev matçından sonra sona çatacaq. Avrokuboklarda mübarizəni davam etdirəcəyi halda və ya növbəti Avrokubok mövsümündə "Ximki" arenasına yenidən azarkeşlər toplaşa biləcək. 3-cü matç üçün cəza kimi 5 illik şərti müddət müəyyənləşdirilib. Əgər hadisələr bu müddətdə təkrarlansa, UEFA daha ciddi sansksiyalara əl atacaq. Qurum ÇSKA-ya təyin etdiyi cərimənin həcmini də 200 min avrodan 100 minə endirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”