Milli komanda
Muntyanu: "Azərbaycan millisinin bu uğurunda pay sahibi olmaq xoşbəxtlikdi"
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Avrop…
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Avropa çempionatının seçmə mərhələsində 6 illik fasilədən sonra ilkin mərhələni adlayaraq elit mərhələyə vəsiqə qazanan 17 yaşlı futbolçulardan ibarət milli komandamızın bu uğuru ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bu barədə açıqlamasında bunları söyləyib:
"Öncə akademiyanın koordinatorlarına təşəkkür edirəm ki, işləri bu şəkildə – peşəkarcasına qura bililbər. Növbəti təşəkkürüm akademiya məşqçilərinin hər birinədi – bu futbolçuların yetişməsində onların hər birinin rolu var. Daha sonra isə futbolçuları qeyd etmək istəyirəm. Azərbaycan milli komandasının bu uğurunda pay sahibi olmaq xoşbəxtlikdi. Onlara, həmçinin bütün milli komanda üzvlərinə Avropa çempionatının növbəti mərhələsində uğurlar arzu edir, gələcək karyeralarının parlaq olmasını diləyirəm. Belə görürəm ki, rəhbərlik etdiyim əsas komandanın gələcəyi parlaqdı. Tezliklə həm bu "beşliyin", həm də klubumuzun digər yetirmələrinin "qapımızı döymələrini" arzulayır, onlara hər zaman yardım etməyə hazır olduğumu bildirirəm".