Premyer-liqa
İbrahim Uzunca: "1 xal bizim üçün yaxşı nəticədi"
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Pre…
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün komandamız çox yaxşı mübarizə apardı. Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədi. Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm”.