Premyer-liqa
Naxçıvanlıların bəhanəsinə Hacıyev də inanmır
“Araz Naxçıvan”ın fəaliyyətini rəsmən dayand?…
“Araz Naxçıvan”ın fəaliyyətini rəsmən dayandırılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytı bəyanat yayıb. Biz isə məsələyə, klub rəhbərliyinin qərarına naxçıvanlı mütəxəssis Böyükağa Hacıyevin münasibətini öyrəndik:
“İnanmağım gəlmir. İnanmıram ki, “Araz Naxçıvan”öz fəaliyyətini dayandıra. Səbrli olun, görək nə olur. Yəqin ki, məsələni aydınlaşdırarlar, ortaq məxrəcə gələrlər. “Araz Naxçıvan” birinci divizionda vuruşa-vurşa elitaya yüksəldi. Belə asanlıqla komandanı itirməzlər. Mən Bakıda yaşayıram, Naxçıvanla sıx əlaqələrim yoxdu. Bu haqda heç nə deyə bilmərəm. Həftəsonuna kimi səbr edək. Mənə də acıdı. Çünki mən də bu futbol məktəbinin yetirməsiyəm. Bununla həmişə fəxr etmişəm. Bəzi insanlar var ki, onların əsəbləri tarıma çəkilib. Hakim haqqsızlığı varsa, referi cəzalandırılar. Hakimin buraxdığı səhvə görə klubun fəaliyyətini dayandırmasına heç inanmağım gəlmir. Muxtar Respublikanın rəhbərliyi öz işində səliqəli çalışan insanlardı. Yəqin ki, bu işə bir əncam çəkərlər. İstəməzlər ki, birdən-birə gözlənilmədən “Araz Naxçıvan” geri çəkillsin. Bundan ölkə futbolu ancaq ziyan görə bilər. Yəqin ki, bu məsələyə bir çıxış yolu taparlar”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza