Premyer-liqa
AZAL və "Bakı"nın oyunçusu 1 oyunluq cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – AZAL matçının 82-ci dəqiqəsində AZAL-ın futbolçusu Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “Bakı” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Bakı”nın futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib