Bizi izləyin

Premyer-liqa

Rəqibləri “Araz Naxçıvan”ın qalmasını istəyir

“Araz Naxçıvan”ın fəaliyyətini dayandırması t…

blank
“Araz Naxçıvan”ın fəaliyyətini dayandırması təkcə tərtib etdiyi təqvimi dəyişmək məcburiyyətində qalacaq Peşəkar Futbol Liqasının başını ağrıtmayacaq. Premyer Liqada iştirak edən digər klublar da bu durumdan əziyyət çəkəcək. Hər dəfə hansısa komanda turu buraxmalı olacaq ki, bu da onların oyun ritminə mənfi təsir göstərəcək.
 
Bundan başqa bəzi klublar “Araz Naxçıvan”la oyunlarda qazandıqları xalların itirilməsi ilə barışmalı olacaq. İlk turda uduzan “Neftçi” isə bəlkə də bu duruma görə məmnundu. Bunu nəzərə alıb klub rəsmilərinin gündəmi zəbt edən məsələylə bağlı fikirlərini öyrəndik.
 
“Neftçi”: Qərara hörmətlə yanaşırıq
Elnur Məmmədov, “Neftçi”nin vitse-prezidenti: “ Əlbəttə ki, mövsümün ortasında çempionatda komandaların sayının azalması sevindirici hal deyil. Bilirsiz ki, klublar müstəqildi. Bizim də müstəqil komanda olaraq digər klubun işlərinə müdaxilə etməyimiz düzgün olmaz. Bu baxımdan “Araz Naxçıvan”ın verdiyi qərara hörmətlə yanaşmalıyıq. Bu məsələ Peşəkar Futbol Liqası və klub arasında tənzimlənməlidi”.
 
AZAL: Bizim hakimlər şükürlüdü
Vaqif Qasımov, AZAL-ın vitse-prezidenti: “Bu haqda nə deyə bilərəm ki? Niyə gəlmişdilər, niyə gedirlər? Əlbəttə ki, “Araz Naxçıvan”ın elitanı tərk etməsini iztəməzdim. Səbəb kimi hakimləri ön plana çəkirlər. Halbuki, hakimlərin münasibti hamıya eynidi. Dünən Çempionlar Liqasının oyunlarına baxdım. Ən yüksək yarışda belə hakim səhvləri var. Amma heç kim məsələyə bu cür münasibət bildirmir. Belə baxanda bizim hakimlər onlardan şükürlüdü. Naxçıvan təmsilçisinin çempionatdan çıxması bizim planlarımıza heç cür təsir etməyəcək. Hamıya eyni qaydada təsir edir. “Qəbələ” 6 xal itirir, digərləri də elə olacaq. Naxçıvanda futbolun olması yaxşı olardı. Azərbaycanın gözəl güşəsi Naxçıvanın adı-sanı var. Amma qərarı özləri qəbul edir”.
 
“Qəbələ”: 3 qələbəsi olsaydı…
Zaur Əzizov, “Qəbələ”nin baş meneceri: “ Çempionatın reytinqi, imici üçün belə vaxtda klubun yarışı tərk etməsi böyük zərbə olar. Burada hansısa komandanın daha çox xal itərəcəyindən söhbət getmir. Söhbət Azərbaycan, bölgə futbolunun inkişafından gedir. Uzun müddət Naxçıvanda futbol yox idi. Komandanın oyununa neçə min azarkeş toplaşır. Naxçıvan azarkeş baxımından əksər bölgələrimizdən irəlidədi. Sözsüz ki, hər klub uğurlu çıxış etmək istəyir. Amma bunun üçün məyyən bir vaxt lazımdı. Yəqin ki, klub rəhbərliyi Premyer Liqada uğur qazanmağın asan olduğunu fikirləşib. İlk dəfə olmasına baxmayaraq, Naxçıvan səfəri bizim üçün də çətin keçmişdi. Mənə elə gəlir ki, bir qədər səbr edib, çempionatda çıxışlarını davam etdirməlidilər. “Araz Naxçıvan”ın elitanı tərk etməsi futbolumuz üçün böyük zərbə olar. Hətta Gürcüstanda belə halları eşidəndə məsələyə təəccüblə baxırıq. Açığı, “Araz Naxçıvan”da pis vəziyyətin olduğuna inanmıram. Sadəcə, uğursuzluq var. Bütün komandaların enişli-yoxuşlu qrafiki olur. Çempionatda sıradan komanda yoxdu ki. Əminəm ki, “Araz Naxçıvan”ın 3 qələbəsi olsa idi, bu gün bu məsələni müzakirə etməzdik. Çempionatın yarıdan çox oyunu qarşıdadı. Komandanın çempionatda çıxışını davam etdirəcəyinə əminəm. İnanıram ki, “Araz Naxçıvan” rəhbərliyi komandasını yarıyolda qoymayacaq”.
 
“Qarabağ”: Uduzanlar irəli düşəcək
Əmrah Çəlikəl, “Qarabağ”ın icracı drektoru: “ Bu məsələnin Peşəkar Futbol Liqası tərəfindən təsdiqlənməsi lazımdı. Bizim üçün pis haldı. Deyilənə görə, qazanılan xallar silinəcək. Ancaq dünyada belə deyil. Əksinə, qarşıdakı oyunlarda rəqiblərə texniki qalibiyyət verirlər. Bizdə isə qalib gələn komandalardan 3 xal çıxılır. “Araz Naxçıvan” görə xallar silinirsə, bu komandaya məğlub olan klublar irəli düşmüş olacaq. Bu da məntiqlə düz gəlmir. Düzdü, nizamnamə bunu tələb edir. Bizə mənfi təsir edəcək, xal itkisinə yol verəcəyik. Xeyirlisi nədirsə, o da olsun. Bizim bu məsələdə edəcəyimiz heç nə yoxdu. Qərar qəbul olunsa, əlimizdən heç nə gəlməz. “Araz Naxçıvan”ın və yaxud da başqa bir komandanın çempionata necə başlayıbsa, elə də başa vurmasına ümid edirik”.
 
“Xəzər Lənkəran“: Getməsələr, daha yaxşı olar
Yunis Hüseynov, “Xəzər Lənkəran”ın idman direktoru: “ Açığı “Araz Naxçıvan”ın hansı səbəbdən çempionatdan çıxışını dayandırdığını deyə bilmərəm. Amma bölgələrimizdə futbolun olmağı Azərbaycan futbolunun inkişafıdı. Biz nə qədər bölgələrdə futbolu çoxaltsaq, bir o qədər də bu sahə inkişaf edərdi. Neçə illərdi ki, Naxçıvan futboldan bir az uzaqda qalmışdı. Ötən il birinci divizionda çıxış etdilər. Futbolun yenidən Naxçıvana qayıtması sevindirici haldı. Çempionatı tərk etməsələr, daha yaxşı olar. İnanıram ki, Naxçıvan təmsilçisi çempionatı sonadək davam etdirəcək. Əks halda, bir komanda hər tur istirahət edəcək. Bu da mənfi təsir edəcək”.
 
“Sumqayıt”: Emosional qərardı
Kamran Quliyev, “Sumqayıt”ın prezidenti: “Bizim növbəti turda oyunumuz “Araz Naxçıvan”ladı. Premyer Liqada 18, 20 yox, cəmi 10 komanda çıxış edir. Ötən il “Araz Naxçıvan” əziyyətlə birinci divizionun qalibi olub. Bu qədər yol gəldikdən sonra nəinki, “Araz Naxçıvan”ın, heç bir klubun bəyanat yaymasını istəməzdim. Klubların sayı çoxalmalıdı. Ola bilsin ki, emosianal bir qərardı. Hesab edrəm ki, “Araz Naxçıvan” elitada çıxışını davam etdirəcək. Ancaq bu, məndən asılı olan məsələ deyil. Təbii ki, belə halların olmasını istəmərik”.
 
 
“Simurq”: Daxili işlərinə qarışa bilmərik
Vaqif Əliyev, “Simurq”un vitse-prezidenti: “Araz Naxçıvan”ın çempionatdan çıxmağı məqsədəuyğun deyil. Naxçıvanda futbol neçə ildi ki, yox idi. Normal, döyüşkən, çempionata rəng qatan komandadı. Əlbəttə, məsələyə mənfi baxırıq. Çempionatda iştirak etsələr, daha yaxşı olar. Düzdü, onların daxili işlərinə qarışa bilmərik. Komandanınn elitanı tərk etməsi ilə bağlı qərar qəbul olunsa, bu, qanunauyğundursa, biz heç nə deyə bilmərik. 3 xal öz yerində, ancaq komadanın planları pozulur. 11 komanda – hər turu hansısa klub buraxmalıdı. 12 komandanın iştirakı ilə normal çempionat gedir. Düzdü, məğlub olurlar, amma bunlar müvəqqətidi. Biz onlarla kubok oyununda da qarşılaşmışıq. Normal, gənc futbolçuların olduğu döyüşkən komandadı. Gələcəkdə normal komanda yaradıb, çempionata rəng qatarlar. Azarkeşlər də komandaya dəstək olur. Ancaq nə məqsədlə çempionatdan çıxdıqlarını demək çətindi. Şəxsən “Araz Naxçıvan”ın elitanı tərk etməsinin əlehinəyəm”.
 
“İnter": Hamıya mənfi təsir edəcək
”Georgi Nikoliv, “İnter”in prezienti: “Araz Naxçıvan” komandasının son qərarı ümumilikdə Premyer Liqada çıxış edən bütün komandalara mənfi təsir göstərəcək. “İnter” də vacib 3 xaldan məhrum ola bilər. Buna görə də Naxçıvan təmsilçisinin son qərarı məyusluq doğurur. Məsul qurumların vəziyyətdən çıxış yolu tapacağına ümid edirik. Hesab edirik ki, idman mübarizəsi baxımından elitada iştirak edən komandaların sayı reqlamentə uyğun olmalıdı. Bu məyusedici vəziyyətin qısa zaman kəsiyində yaxılığa doğru dəyişəcəyinə ümid edirik”.
 
“Bakı”dan isə rəhbər şəxsi tapmaq bizim üçün çətin oldu. Əslində, “zolaqlılar”ın da “Araz Naxçıvan”ın durumunda olduğunu desək, yanılmarıq.
 
EMİN SƏFƏROV
 
P.S. Vaqif Əliyevin fikirlərini olduğu kimi yazmışıq. Görünür, cənab Əliyev hələ də bilmir ki, çempionatda 12 yox, 10 komanda iştirak edir.
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:15

“Neftçi”dən “Araz-Naxçıvan”a 2-ci qol – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm