Ölkə futbolu
Super Kubok: PFL satışa 11 min bilet çıxardı
Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neft&cce…
Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” futbol komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda matçın biletləri Naxçıvana göndərilib. Futbolinfo.az xəbər verir ki, bu oyun üçün satışa 11 min bilet çıxarılıb.
Onların hamısına 1 manat qiymət qoyulub. Superkubok isə Naxçıvana matçdan bir gün öncə aparılacaq. Həmin gün “kiçik torpağ”a PFL prezidenti Ramin Musayev də yollanacaq.
Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 15:00-da başlayacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)