Premyer-liqa
“İnter”dən Sxadadzeyə yaşıl işıq
“İnter” rəhbərliyi bir sıra Kütləvi İnformasiya…
“İnter” rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “İnter” – Xəzər Lənkəran” matçından sonra baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamır. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı, bildirir ki, “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze barədə futbol ictmaiyyətinə təqdim olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdı.
Bakı təmsilçisinin rəhbərliyi müvafiq futbol qurumlarının hüquqi qiymət verməsinədək “İnter” – “Xəzər Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik kimi qiymətləndirir.
Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında "Xəzər Lənkəran" komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqladı. “İnter” klubu bir daha bəyan edir ki, bütün klublara hörmətlə yanaşır və Sxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymır.
P.S. Bu bəyanatla “İnter” Kaxaya daha bir ədəbsizlik etmək üçün şans verdi. Onlar baş məşqçisinə qulaqburma vermək əvəzinə gözümüzlə gördüyümüz hərəkətə görə bizə “kor” dedi. İşiniz avand olsun.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”