Bizi izləyin

Premyer-liqa

Fariz Yusifov çayçını “yalançı” çıxartdı

Fərqli zamanda yaşayırıq. İnsanlar var ki, çörəkpulu…

blank
Fərqli zamanda yaşayırıq. İnsanlar var ki, çörəkpulu qazanmaq üçün həyatını riskə atır. Belələrinin arasında taksi sürücüləri daha çoxdu. Ali savadlı minlərlə insan istədiyi məvacibi qazana bilmədiyi üçün son ümid yeri olaraq taksiçilik sənətini seçir. Gündüz tıxacda əsəbləşmək, gecə isə yollarda yuxusuz qalmaq çox çətindi.
 
“Simurq” – “Neftçi” qarşılaşmasını işıqlandırmaq üçün Zaqatalaya yollananda həm özüm, həm də taksi sürücüsü yuxusuz idi. Başqa çıxış yolum da yox idi. Müəyyən səbəblər ucbatından qatara aldığım bileti qaytarmış, şimal-qərb şəhərinə gedən sonuncu avtobusa isə çata bilməmişdim.
Başqa çarə olmadığlndan gecə Zaqatalanın küçələri ilə həmsöhbət olacağımı qəbul etmişdim. “Hər şeydə bir xeyir var” deyimi işimiz düz gətirməyəndə bizim ən böyük təsəllimizdi. Sürücünün yuxuqaçıran bayağı mahnıları az qalmışdı ki, mənzil başına çatana qədər qulağımın pərdəsini cırsın. Onu da qınamıram – məndən qabaq bir günün içində Zaqatalaya gedib-gəlmişdi. 
Peşəkar sürücü dumanlı yollarda elə sürürdü ki, elə biz İpək yolunda Formula-1 yarışına qatılmışdı. Yaxşı ki, gecə saat 04:30-da Zaqatalaya sağ-salamat çatmaq xoşbəxtliyinə nail ola bildik. Şəhər sükuta qərq olmuş, mərkəzi küçədə növbətçi polis nəfərlərindən və 2-3 taksi sürücüsündən başqa heç kim yox idi. Avtovağzalın çayxanası səhər saat 06:00-da açılır. Hava soyuq olmasa da, isti çay içmək istəyi məni taksi sürücülərinə yaxınlaşıb, “bu vaxtda harada açıq çayxana tapmaq olar” sualını ünvanlamağa məcbur etdi. Taksi sürücüsü məni 1 manat müqabilində 24 saat açıq olan Əli dayının çayxanasına gətirdi.
 
***
 
24 saat işləyən çayxanada müştərilərə yemək də verilir. Əli dayı artıq qonaqlarına xaş təklif etmir. Deyir ki, xaş yeyənlər azalıb: “Keçən dəfə bişirdim, 2 nəfərdən başqa sifariş verən olmadı. Qalıb xarab olmasın deyə uşaqlara pulsuz payladım”.
 
Aclıq hissini duyan müştəri burada sosiska, piti, bir də qızardılmış balıq sifariş verə bilər. Maraqlısı budur ki, Əli dayının məkanında gecə saat 01:00-dan səhər saat 06:00-a qədər çay 1, bundan sonra isə 2 manatdı. Çayçıda elə də çox adam yox idi. Çay dəmlənənə qədər Əli dayı qarabağlı olduğumu öyrənincə söhbətə qəmgin notlarla başladı. Məlum oldu ki, 1993-cü ildə Qarabağa yollanan Zaqatala könüllülərindən ibarət batalyonun tərkibində olub. Anası Şuşada doğulub. Elə müharibəyə də anasına görə könüllü gedib. İş burasındadı ki, anası 1977-ci ildə dünyasını dəyişib. Anasının qəbirinə hörməti güllə altına yollanmasına səbəb olubmuş. Bir dəfə “Niva” maşını ilə minaya düşən Əli dayının bədənində hələ də izlər qalıb. Qarnında minaya düşməyin təsirindən böyük bir şiş yaranıb. Amma bu, onu inadından döndərməyib. 3 ay qospitalda yatdıqdan sonra yenidən cəbhəyə yollanıb. Hazırda “Simurq”da çalışan Vaqif Əfəndiyev də Zaqataladan Qarabağa gedən könüllülərdən ibarət batalyonun komandirlərindən biri olub.
 
Ağsaqqalın həqiqət dolu söhbətlərinə qulaq asa-asa iki çaynik çay içib, 1 də piti yeyib qurtaranda artıq saat 08:00 idi. Əli dayı həm də “Simurq”un çılğın azarkeşlərindəndi. Çoxları kimi, o da hakimlərin paytaxt klublarına simpatiya bəsləməsindən şikayətçidi. Buna baxmayaraq, “bilsəm ki, bu gün 1 milyon pul qazanacam, ondan imtina edib “Simurq”un oyununa gedərəm” deyir. Elə də oldu – oyunun başlamağına 35 dəqiqə qalmış Əli dayını tribunada gördüm.
 
***
 
Oyunun gərgin keçəcəyi bəlli idi. Gözlənilən kimi də oldu. Qarşılaşma “Simurq”un üstünlüyü ilə başladı. Ardıcıl hücumlar Zaqatala təmsilçisinə 19-cu dəqiqədə penalti qazandırdı. Marko Stanoyeviç ara ötürməsi ilə Samir Zərgərovla Emil Balayevi üz-üzə qoydu. Oyunu idarə edən Fariz Yusifov isə Zərgərovun simulyasiya edərək özünü yerə atmasına inandı və Balayevi sarı vərəq ilə cəzalandırdı. Topa yaxınlaşan Draqan Çeran isə penaltini qola çevirməkdə çətinlik çəkmədi.
 
İlk hissədə “Neftçi”nin kəsərsiz hücumlarının birində İlkin Qırtımov Flavinyonu cərimə meydançasının daxilində saxlasa da, bu epizod ədalət təmsilçisinin gözündən yayındı. Buna qədər isə “Neftçi”nin qapısı önündə Elvin Yunuszadə rəqib futbolçunu bilərəkdən tutub saxlayanda Yusifovun fiti susmuşdu. 
Stanoyeviçin ilk hissədə at oynatdığını, Vadim Abdullayevin əzmkarlığını xüsusi ilə qeyd etmək lazımdı. Paytaxt klubundan Julius Vobay fərqlənirdi. Həmin gün Araz Abdullayevlə Kaue isə bərbad idi. Elə bunun nəticəsində bakılıların baş məşqçisi Arif Əsədov onları ikinci hissədə əvəzlədi.
 
İlk hissədə “Simurq” açıq-aşkar üstün idi. Tam əminliklə demək olar ki, ilk yarıda “sarı-qaralar”ın sərgilədiyi oyun mövsümdə ən yaxşı oyunarı idi. İkinci hissədə isə “Neftçi” irəli atıldı, əyalət təmsilçisi şansını əks-hücumlarda axtarmağa başladı. Epizodların birində meydan sahibləri oyunun taleyini birdəfəlik həll edə bilərdi. Amma həmin gün ən zəiflərdən olan Çeran əks-hücumların birində paxıllıq edərək, Zərgərovun topu boş qapıya göndərməsini istəmədi, topu çölə vurdu.
“Vurmayana vurarlar” prinsipi qarşılaşmanın 70-ci dəqiqəsində gerçəkləşə bilərdi. Di gəl ki, bu dəfə də Fariz Yusifov Benjamin Lambotun öz cərimə meydançasında açıq-aşkar əllə oynamasına göz yumdu. Bu da nəticəyə öz təsirini göstərdi. İlk hissənin yaxşılarından olan Marko matçın sonunda öz qazandığı penalti zərbəsini dəqiq yetirməsə də, bu, “Simurq”un aktivinə 3 xalın yazılmasına mane olmadı. Amma…
 
***
 
Amma çayçı Əli dayının bir fikri ilə razılaşmadım. Hakimlər təkcə paytaxt klublarına simpatiya bəsləmir. Eyni zamanda ədalət təmsilçiləri qonaq gəldiyi məkana əliboş təşrif buyurduğu üçün ev sahibinin xəcalətindən çıxmasını da bilirlər. Oyunu idarə edən Fariz Yusifov növbəti turda istirahətdə olsa, bunu təəccüblə qarşılamaq yersiz olar. Buna görə də “Neftçi” oyunu idarə edən hakimlər briqadasına etiraz bildirməkdə haqlıdı. Amma etirazı normal şəkildə edirlər – klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu kimi yox. 
 
EMİN SƏFƏROV, Bakı – Zaqatala – Bakı
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm