Dünya futbolu
Millimizdən qovulan Foqts alman klubunun yeganə ümididi
Bu yaxınlarda Azərbaycan millisi ilə yollarını ayıran almaniyal?…
Bu yaxınlarda Azərbaycan millisi ilə yollarını ayıran almaniyalı mütəxəssis Berti Foqts özünə yeni iş yeri tapmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, 67 yaşlı çalışdırıcı ölkəsinin “Ştuttqart” klubuna keçə bilər.
Almaniya mətbuatı iddia edir ki, Foqts bir müddət öncə Armen Vehlə yollarını ayıran Bundesliqa təmsilçisinin baş məşqçi postuna ən real namizəddi. “Ştuttqart” rəhbərliyi yığmamızın sabiq baş məşqçisi ilə çətin vəziyyətdən qurtulacağına inanır. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı da istisna deyil.
Qeyd edək ki, “Ştuttqart” klubu 12 turdan sonra Bundesliqada 9 xalla sonuncu pillədə qərarlaşıb. Məhz bu səbəbdən də, rəhbərlik Vehlə yollarını ayırmışdı.