Premyer-liqa
Zaqataladakı xuliqanlığa görə 10 oyun + 20 min manat
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 12-ci turunda keçirilən oyunlarla bağlı cəzalar açıqlanıb.
“Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra “Neftçi” klubunun rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunub.
Bundan əlavə, “Neftçi” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.