Premyer-liqa
Ruslan da cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının son iki turunda keçirilən oyunlarla bağlı cəzalar açıqlanıb.
Belə ki, 12-ci turdakı Qarabağ” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ” – AZAL matçın 31-ci dəqiqəsində AZAL klubunun qapıçısı Ruslan Məcidovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.