I Liqa
1-ci divizion klublarına cəza yağmuru
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 12-ci turundakı matçlarla bağlı cəzalar açıqlanıb.
“Zirə” matçının 38-ci dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Lokomotiv” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir”lə oyunda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 69-cu dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Samir Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Göyəzən” matçının 39-cu dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Davud Kəriminin hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
Həmin turdakı matçda “Şahdağ” klubunun 4, “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Rəvan” klubunun futbolçusu Orxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.