Bizi izləyin

Milli komanda

Milliləşən futbolçumuz Qarabağı tanımır

O, Özbəkistanla yoxlama matçı ərəfəsində millimizin …

blank
O, Özbəkistanla yoxlama matçı ərəfəsində millimizin heyətinə cəlb olunmuşdu. Söhbət İsveç “Kalmar”ında çıxış edən Emin Nuridən gedir. Berti Foqtsun dönəmində milliləşdirilmiş futbolçulardan olan Emin özbəklərlə matçdan sonra bir daha milliyə çağırılmadı.
 
Buna futbolçunun zədəsi də səbəb olub. Uzun axtarışlardan sonra nəhayət, müdafiəçini tapa bildik. Nuri ilə əlaqə saxladığımız vaxt məşqdən çıxdığını, ev istiqamətində getdiyini bildirdi. Bizlə yalnız yarım saatdan sonra danışacağını bildirdi. Və belə də oldu, sözünə bütöv olan “Kalmar”ın üzvü Futbolinfo.az-a müsahibəsində bir sıra maraqlı məqamlara aydınlıq gətirdi.
 
– Son mövsümdə “Kalmar”ın İsveç çempionatında işi yaxşı getmədi. Komandanız mövsümün son 3 oyununda da məğlub oldu. Uğursuz nəticələrə nə səbəb oldu?
– Mövsümə yaxşı başlamışdıq. İlk dövrədən sonra komandada zədəli futbolçuların sayı çoxaldı. Çempionatı 11-ci pillədə başa vurduq. Halbuki, mövsümə başlayanda çempionluğu hədəfləyirdik. Zədəli futbolçuların çox olması çempionluğun əlimizdən çıxması ilə nəticələndi. Özüm də zədələnmişdim. Azərbaycan milli komandasına gəldiyim vaxt Özbəkistan yığması ilə yoxlama oyununda zədə aldım. İsveçə qayıdanda 7-8 həftə oynaya bilmədim. Buna görə yalnız mövsümün son 3 oyununda meydanda ola bildim. Uğursuz nəticələrə görə hər kəs günahkardı.
 
– İndi özünüzü necə hiss edirsiz?
– Özümü çox yaxşı hiss edirəm. İnşallah, daha da yaxşı olacam. Artıq yeni mövsümün hazırlıqlarına başlamışıq.
 
– “Kalmar”la müqavilənizin başa çatmasına nə qədər qalıb? Ümumiyyətlə, Azərbaycan klublarından təklif gəlsə, bunu dəyərləndirərsiz?
– Uzun müddətdi “Kalmar”da çıxış edirəm. 6 ildi ki, burada oynayıram və bu klubda çempionluq sevinci yaşamışam. Burada çox xoşbəxtəm. Amma başqa çempionatlarda da özümü sınamaq istərdim. Buna müqaviləm qeyd olunan bənd də imkan yaradır. Belə ki, Skandinaviya ölkələri xaricindən təklif gəlsə, müqaviləm rahatlıqla qarşılıqlı şəkildə pozula bilər. Azərbaycan milli komandasına çağırılanda çox qürurlanmışdım. Mənim babam da orada yaşayıb. Yenidən Azərbaycana qayıtsam, ölkə klublarında özümü sübut etsəm, buna görə çox sevinərəm.
 
– Berti Foqts artıq milli komandadan göndərilib. Onun yerinə isə Robert Prosineçkinin keçməsi an məsələsidi. Sizcə, xorvatiyalı məşqçi millimizə nə dərəcədə xeyir verə bilər?
– Azərbaycana gələndə hər kəs mənə xoş münasibət bəsləmişdi, hamı kömək etməyə çalışırdı. Millidə təcrübəli futbolçular var. Prosineçkini tanıyıram. Futbolçu karyerasının zəngin olduğundan xəbərdaram. Milli komandaya fayda verəcəyinə inanıram.
 
– Sizin milli komandaya cəlb olunmanız necə baş vermişdi? Sizə kim təklif göndərmişdi?
– AFFA-dan İslam adında bir nəfərlə danışmışdım. Daha sonra Foqtsun köməkçisi oyunumu izləmək üçün İsveçə gəldi. Oyunumu bəyəndikləri üçün milliyə dəvət etdilər.
 
– Sizə Azərbaycan pasportu verilib?
– Mənim onsuz da Azərbaycan vətəndaşlığım var. Ancaq pasportunu hələ əlimə almamışam. Babamın babası Azərbaycanda doğulub. Gənc yaşlarında isə Bolqarıstana köçüb.
 
– Özbəkistan millisi ilə oyun üçün Bakıya gələndə media nümayəndələrinə Azərbaycanla heç bir bağlılığınızın olmadığını bildirmişdiz. Türkiyə və Azərbaycan qardaş ölkə olduğu üçün bizim millidə oynamaq istədiyinizi bildirmişdiz. İndi isə fərqli fikir bildirirsiz…
– Düzdü, amma həmin vaxt verilən sualı düzgün başa düşməmişdim.
 
– Milliyə dəvət gəlməmişdən əvvəl babanızın babasının Azərbaycanda doğulduğundan xəbəriniz var idi?
– Bəli. Xəbərim var idi. Olmasaydı, heç milliyə dəvət ala bilməzdim. Babamın babasının Azərbaycanda doğulması mənə yığmada oynamaq şansı qazandırdı.
 
– Sosial şəbəkələrdə sizin qohumlarınızla danışanda Azərbaycanı tanımadıqlarını bildirdilər. Sizin babanızın babası bizim ölkədə doğulubsa, qohumlarınız Azərbaycanı tanımamaqları qəribə deyil?
– Qohumlarımızın çoxu Bolqarıstanda dünyaya gəlib. Onu da nəzərə alaq ki, sizin əlaqə saxladığınız qohumlarımızın çoxu mənlə eyni yaşdadı. Buna görə həmin qohumlarla danışmamışam. Mən balaca olanda ailəm İsveçə köçüb. Elə futbola da burada başlamışam. 
 
– Azərbaycan millisində çıxış edən futbolçularla əlaqə saxlayırsız?
– Xeyr. Hamısını tanısam da, Bakıda 3 gündən artıq qala bilmədim. Buna görə də əlaqə yarada bilmirəm.
 
– Bəs, Bakıdan gedəndən sonra AFFA-dan kimsə sizinlə əlaqə yaradıbmı?
– Xeyr. Heç bu barədə danışmadıq.
 
– Elxan Məmmədovu tanıyırsız?
– Üzdən görsəm, bəlkə tanıyaram.
 
– AFFA-nın baş katibi…
– Hə, hə.. Bakıya gələndə bizim məşqimizi izləməyə gəlmişdi. Deyəsən, onunla salamlaşmışdıq.
 
– Hazırda Avropa Liqasında Azərbaycanı “Qarabağ” təmsil edir. Bu komandanın oyunlarını izləyirsiz?
– Bəli. Bundan xəbərim var. Bütün oyunlarını da izləmişəm. “Qarabağ”ın oyunlarını izləyəndə qürur duyuram. Azərbaycanı Avropada yaxşı təmsil edir.
 
– “Qarabağ” Avropa Liqasının 5-ci turunda Fransada “Sent Etyen”in qonağı olacaq. Səfərdə baş tutacaq qarşılaşmada “Qarabağ”dan hansı nəticəni gözləyirsiz?
– Bütün oyunçular öz güclərini ortaya qoysalar, yaxşı nəticə ilə vətənə dönə bilərlər. Bunun üçün şansları da var. Millimizin kapitanı Rəşad Sadıqov da “Qarabağ”da çıxış edir. Onun oyununu çox bəyənirəm. Bədavi Hüseynov onunla eyni xəttdə oynayır. “Qarabağ”da braziliyalı oyunçuların da oynamasından xəbərdaram. Hamısı da keyfiyyətli futbolçulardı.
– Bəs, bu komandanın adının mənasını necə, bilirsiz?
– Tam olaraq bilmirəm. Kömək etsəz, sevinərəm.
 
– Qarabağ ermənilər tərəfindən işğal olunmuş tarixi torpaqlarımızın adıdı. Nəticədə ölkəmiz 20 min şəhid verib.
– Bunu bilmirdim. Belə olduğundan da xəbərsiz idim. Məlumat üçün çox sağ olun. Məni axtardığınız üçün sizə təşəkkür edirəm. İnşallah, Azərbaycana gələndə çay masası ətrafında oturub, bu barədə söhbət edərik.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm