Dünya futbolu
Platini də FİFA-nın saxtakarlığına işarə vurdu
UEFA prezidenti Mişel Platini də DÇ-2018 və DÇ-2022 i…
UEFA prezidenti Mişel Platini də DÇ-2018 və DÇ-2022 ilə bağlı qalmaqallara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, müvafiq olaraq həmin illərdə mundiallara ev sahibliyinin Rusiyadan və Qətərdən alına biləcəyinə işarə vurub.
Qurum rəhbəri bunu çempionatların ev sahibinin müəyyənləşməsi prosesinin saxtakarlaşdırıldığı iddiaları ilə əlaqələndirib: “Məsələ ilə bağlı aparılan araşdırmaların nəticələrinin ictimaiyyətə tam açıqlanmalıdı. Əgər səsvermə prosesində qanun pozuntusu olubsa, o zaman hər şey yenidən keçirilməlidi”.
Qeyd edək ki, mətbuat Rusiya və Qətərin dünya çempionatlarına ev sahibliyi ilə bağlı keçirilən səsvermələrin saxtakarlaşdırıldığını və FİFA-nın bəzi üzvlərinin rüşvət aldığını iddia edir. Bununla bağlı ABŞ-ın polis təşkilatı da araşdırmalar aparır.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…