Ölkə futbolu
Millimiz 4 qolla məğlub oldu
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən bey…
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə Azərbaycan yığması bu gün Qazaxıstan millisi ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, komandamız 1:4 hesabı ilə məğlub olub.
Yığmamızın yeganə qolunu Rəcəb Fərəczadə vurub.
Qeyd edək ki, yığmamız beynəlxalq turnirdə ikinci oyununu sabah keçiriəcək. Bakı vaxtı ilə saat 15.30-da start götürəcək oyunda millimizin rəqibi Belarus futzalçıları olacaq.
(AFFA)