Dünya futbolu
Diktator ölkəsindən Messiyə ismarıc
Şimali Koreyanın lideri Kim Yonq ulduz futbolçu Lionel Messin…
Şimali Koreyanın lideri Kim Yonq ulduz futbolçu Lionel Messini ölkəsinə dəvət edəcək. Futbolinfo.az xəbər verir ki, o, paytaxt Pxenyanda açılan futbol məktəbində “Barselona”nın forvardını bir günlüyə görmək istəyir.
Asiya Futbol Federasiyasında çalışan və əslən Şimali Koreyalı olan Han-Un Qyonq bu barədə açıqlama verib: "Messini ölkəmizə dəvət etmək istəyirik. Çünki uşaqlar onu çox sevirlər. Pxenyandakı məktəbdə məşq edən uşaqlardan ən çox hansı futbolçunu sevdiklərini soruşanda, Messinin adını çəkirlər. Həqiqətən də Şimali Koreyada Messi sevgisi çox böyükdü. Məktəbdəki uşaqlar internet vasitəsilə onun videolarna baxmaqla yanaşı, Messi haqda kitablar da oxuyurlar".
Qeyd edək ki, Han-Un Qyonq son olaraq ölkə liderinin də Messini çox sevdiyini deyib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”