Ölkə futbolu
Sadıqov komitə sədri oldu, U-21 məsələsi olduğu kimi qaldı
Bu gün AFFA-da keçirilən İcraiyyə Komitəsinin iclası …
Bu gün AFFA-da keçirilən İcraiyyə Komitəsinin iclası başa çatıb. Futbolinfo.az xəbər verir ki, iclasda gündəlik məsələlər müzakirə olunub.
Məşqçilər Komitəsi yaradıldı. Bu komitəyə üzv olan məşqçilər uşaq futboluna nəzarət edəcək. Komitəyə 5 məşqçi cəlb olunub. Çalışdırıcılardan hansısa kluba getsə, avtomatik olaraq komitədən çıxacaq. Komitənin sədri isə Vaqif Sadıqov olacaq.
kinci məsələ Klublar Komitəsinin yaradılması idi. Buna klubların Həmkarlar İttifaqı adını da vermək olar. Klub rəhbərləri bu komitənin üzvləri olacaq. Hər 6 aydan bir sədr təyin olunacaq. Bu komitənin ilk iclası AFFA tərəfindən keçiriləcək. Burada klub rəhbərləri öz narazılıqlarını AFFA rəhbərliyinə çatdıra biləcək.
Digər məsələ isə 21 yaşlıların baş məşqçisi ilə bağlıdı idi. Bu məsələdə bir qərara gələ bilinmədi.
Əsas məsələ isə yığmanın baş məşqçisi ilə bağlıdı. Böyük bir seçimdən sonra yadda qalan futbolçulardan olmuş Robert Prosineçkinin üzərində dayanıldı. Yekdilliklə İK Prosineçkinin namizədliyini qəbul etdi. Əlehinə səs verən olmadı. Əvvəlki məşqçilərimiz müdafiəçi olmuşdu. İndiki isə vaxtı ilə hücumçu olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza