Ölkə kuboku
"Dalğa Arena"da biabırçılıq – FOTO
Hazırda Azərbaycan Kubokunun 1/8 final mərhələsi çər&cced…
Hazırda Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" MOİK-i qəbul edir. Futbolinfo.az xəbər verir ki, "Dalğa Arena"da baş tutan görüşdə biabırçı durum yaranıb.
Qarşılaşmanın keçirilidiyi arenada olan əməkdaşımızın verdiyi məlumaga görə, oyunçu əvəzetmələri tablosuz həyata keçirilir. Yəni, dördüncü hakimin oyunçu əvəzetmələrini göstərən tablosu yoxdu. Oyunda daxil olmalı futbolçu əvəzləməli olan komanda yoldaşına səslənərək meydançanın kənarına dəvət edir.
Dördüncü hakim funksiyasını yerinə yetirən Orxan Məmmədovun oyuna əlavə olunmuş vaxtı nə ilə göstərəcəyi böyük maraq doğurur.