Premyer-liqa
"Xəzər Lənkəran"ın məyusedici məşqi
Topaz Premyer Liqasının 14-cü turunda “Qəbələ” k…
Topaz Premyer Liqasının 14-cü turunda “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” ötən gün növbəti məşqini keçirib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" saat 11:00-da “Bayıl Arena” stadionunda məşqə çıxıb.
İsinmə hərəkətlərindən sonra Oğuz Çətin müdafiəçilər və müdafiəyə meyilli yarımmüdafiəçilərlə xüsusi çalışıb. Eyni vaxtda komandanın o biri üzvlərinə məşq keçən baş məşqçinin köməkçisi Mustafa Eskisoy iki tərəfli oyunda futbolçuları sınayıb.
Yarım saata yaxın davam edən xüsusi çalışmaların ardından komanda yenidən iki tərəfli oyuna başlayıb, amma bu dəfə futbolçular ampualar üzrə bölünmədən top qovublar.
Uzun müddət zədədən zəiyyət çəkdiyi üçün məşqlərə qatıla bilməyən Adrian Skarlatake isə hazırlıq prossesinin gedişində yenidən zədələnib. Dərhal klinikaya çatdırılan rumın futbolçunun vəziyyəti həkim müayinəsindən sonra məlum olacaq.
Ümumilikdə saat yarım davam edən hazırlıq prossesində Rauf Əliyev, Alfred Sanko və qapıçı Vyekoslav Tomiç yüngül zədələri olduqları üçün komandadan ayrıca məşq ediblər.
Qeyd edək ki, “Xəzər Lənkəran” bu gün də eyni arenada və eyni vaxtda məşq keçəcək.
(12cioyuncu)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?