Ölkə kuboku
1/8 final oyunları ilə bağlı cəzalar açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarla bağlı cəzaları açıqlanıb.
“Neftçi” – “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində ev sahihibi komandanın futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
“Neftçala” – AZAL matçında Neftçala təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində “Neftçala” klubunun futbolçusu Elvin Adışirinli və AZAL-ın üzvü Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanıb, AZAL klubu 2000 , “Neftçala” klubu 200 manat məbləğində cərimə olunub.
“Simurq” – “Rəvan” matçının 55-ci dəqiqəsində qonaq komandanın futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Sumqayıt” – “Bakı” matçında paytaxt klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90+1-cü dəqiqəsində “Bakı” klubunun futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
(PFL)