Dünya futbolu
Roys "Real" üçün hazırlaşır
"Borussiya”nın (Dortmund) istedadlı futbolçusu Mar…
"Borussiya”nın (Dortmund) istedadlı futbolçusu Marko Roysun gələcək taleyi futbol ictimaiyyəti tərəfindən maraqla gözlənildiyi bir vaxtda "Bild" qəzeti diqqət çəkici bir faktın üstünü açıb. Futbolinfo.az xəbər verir ki, Roys artıq 3 həftədi ki, ispan dili kursuna gedir.
Bundesliqanın ən perspektivli futbolçularından hesab edilən yarımmüdafiəçinin "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Bavariya” kimi klubların diqqət mərkəzində olduğu məlumdu. Lakin onun ispanca öyrənməsi "Real" (İspaniya) variantına üstünlük verəcəyi barədə söz-söhbətlərin yayılmasına səbəb olub.
"Borussiya" ona yeni müqavilə təklif etsə də, alman futbolçu bu təklifləri rədd edib. Roysun Dortmund klubundan ayrılması üçün 25 milyon avrodan keçmək lazımdı ki, futbolçunun bütün elçiləri bu məbləği ödəməyə hazırdı.