Dünya futbolu
Premyer Liqa klubu baş məşqçisiz qaldı
Rusiya Premyer Liqasında mübarizə aparan "Amkar" klub…
Rusiya Premyer Liqasında mübarizə aparan "Amkar" klubu baş məşqçisiz qalıb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 61 yaşlı mütəxəssis Slavolyub Muslinlə yollarını ayırıb.
Belə ki, rəhbərlik serbiyalı çalışdırıcının göstərdiyi nəticələldən və çıxışdan narazı qaldığı üçün onu istefaya göndərib. 17 turdan sonra 12 xalla 14-cü pillədə qərarlaşan "Amkar" rusiyalıları bu addımı atmağa məcbur olub. Komandanın yeni baş məşqçisinin kimliyinə ilin sonunda aydınlıq gələcək.
Qeyd edək ki. veteran futbolçu cari ilin iyun ayından “Amkar”ı çalışdırırdı.