Ölkə futbolu
Qara Qarayev: "Hakim bizim haqqımızı yeyibsə, Allah…"
Avropa Liqasının çıxış edən “Qarabağ” qrup m…
Avropa Liqasının çıxış edən “Qarabağ” qrup mərhələsinn sonuncu oyununda mübarizəni dayandırıbdı. Futbolinfo.az xəbər verir ki, İtaliya “İnter”i ilə qolsuz bərabərə qalan ağdamlılar yarışı qrupun 3-cü pilləsində başa vurub.
Matçın ən yaxşılarından olan Qara Qarayev qarşılaşmanın sonuncu dəqiqəsində hakimin haqsızlıq etdiyini düşünür: Yaxşı oynadığımızı düşünürəm. Fikrimcə, Avropa Liqasında Azərbaycanı layiqincə təmsil etdik. Qrup mərhələsini belə başa vurmaq var imiş. Belə haqsızlıqla üzləşdiyimiz üçün kədərliyik. Həmin epizodun təkrarına baxdıq. Oyundankənar vəziyyətdən söhbət belə gedə bilməz. Danışmaq heç bir fayda verməyək. Şikayət də qrupdan çıxmağımızı təmin etməyəcək. Bizə Ukraynda hesabın 1:1 olduğunu dedikləri üçün ehtiyyatlı oynamağa başladıq. Sonradan 1:0 olduğunu bildik və riskə getməli olduq. Yorğunluq olsa da, bu oyunu unudub, yerli çempionata hazırlaşmalıyıq. Hakim bizim haqqımızı yeyibsə, Allah özü kömək olsun”