Ölkə futbolu
Mehdiyevin komandası həvəskarlarla bacarmadı
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 2-ci tu…
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 2-ci tur oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, daha bir həmyerlimiz Ayaz Mehdiyevin komandası “Girəsunspor” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda “Cizrəspor”la qarşılaşıb. Oyun girəsunluların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Çempionat oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyevin adı bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" Türkiyə PTT 1-ci Liqasında, “Cizrəspor” isə həvəskər liqada mübarizə aparır.