Dünya futbolu
Qurban Berdıyev rəsmən “Rostov”da
Rusiya Premyer Liqasında növbəti məşqçi dəyişikliyi …
Rusiya Premyer Liqasında növbəti məşqçi dəyişikliyi baş verib. Futbolinfo.az xəbər verir ki, “Rubin”in sabiq çalışdırıcısı Qurban Berdıyev yenidən məşqçiliyə dönüb. O , bundan sonra “Rostov”a rəhbərlik edəcək. Bu “Rostov”da cari il ərzində 2-ci baş məşqçi dəyişikliyidi.
Bir müddət əvvəl Miodraq Bojoviçi əvəz edən İqor Qamula yenidən gənclər komandasını çalışdıracaq. Xatırladaq ki, Berdıyev ikiqat Rusiya çempionudur. Məhz onun rəhbərliyi altında “Rubin” 2 dəfə ölkə çempionu olub.
Hazırda “Rostov” Rusiya çempionatının sonuncu pilləsində qərarlaşıb.