Ölkə futbolu
Nazarov qol vurdu, "Karlsrue" rəqibinə divan tutdu
Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib….
Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” doğma arenada "FSV Frankfurt"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyyətdə meydana çıxan Nazarov 66-cı dəqiqədə penaltidən fərqlənərək, komandasının üçüncü qolunu vurub və 2 dəqiqə sonra əvəzlənib.
Qeyd edək ki, hazırda “Karlsrue” 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.