Ölkə futbolu
Türkiyədəki legionerlərimiz: Kim necə oynayır?
Azərbaycan futbolu indiyənə qədər dünya futboluna böy&u…
Azərbaycan futbolu indiyənə qədər dünya futboluna böyük ulduzlar bəxş etməsə də, bəzi dövrlərdə legioner həyatı yaşayan futbolçulara sahib olmuşuq. Hazırki dövrdə də, bir çox futbolçularımız xaricdə legioner həyatı yaşayırlar. Elə də uzaqda yox, Türkiyədə. Onların çoxluğu sizi aldatmasın. Keyfiyyətdən danışmaq istəyəndə adam lap xəcalət çəkir.
Futbolçu karyerasını Türkiyədə davam etdirənlər arasında həm millimizin sabiq üzvləri, həm də gənc oyunçularımız da var. Doğrudur, “Neftçi”nin gənc qolkiperi “Ayntraxt”a (Frankfurt) transfer olaraq bir növ səviyyəni yuxarılara çəkmiş oldu. Axı indiyə kimi Almaniya bundesliqasında əslən azərbaycanlı olan heç bir futbolçu oynamayıb.
Onun qardaş ölkədəki, həmkarları və həmyerliləri elə də, müsbət işlərlə yadda qalmayıblar.
Keçən mövsüm “Rəvan”dan “Girəsunspor”a transfer olan Ayaz Mehdiyev yeni komandası ilə çempionatda hələki debüt edə bilməyib.
Millimizin sabiq üzvü Rail Məlikov da, demək olar ki, gənc həmkarından heç nə ilə fərqlənməyib. O, “Dənizlispor”un heyətində yalnızca bir oyuna çıxıb. Sonradan intizamsız hərəkətlərinə görə klubdan qovulub.
Digər bir gənc futbolçumuz “Bakı” klubundan keçidi reallaşan Rəhman Hacıyev isə “Qaziantep BB”də digər həmyerlilərimiz olan Vaqif Cavadov və Ufuk Budakla birgə oynayır. O komandasının heyətində 5 matça çıxıb, heç birində fərqlənə bilməyib. Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun çıxışı da qənaət bəxş saymaq olar: 12 oyuna 2 qol. Budak heç bir oyunda fərqlənə bilməsə də, 11 matçda meydana çıxmağı bacarıb.
Yığmamızın təcrübəli müdafiəçisi, sabiq “Neftçi”li Mahir Şükürov həmyerlilərimizdən bir qədər öndədir. O, “Karşıyaka” forması ilə çıxdığı oyunlarda komandasının xallar qazanmasında böyük pay sahibidi.
Bu mövsüm “Neftçi”dən Türkiyəyə gedən daha bir futbolçu Cavid İmamverdiyevdi. Hücuma meyilli yarımmüdafiəçi həmçinin millimizin də şərəfini qoruyur. Gənc futbolçu “Elazığspor”un heyətində meydana çıxdığı 12 oyunda 2 dəfə fərqlənib.
Son olaraq millimizin sabiq hücumçusu Branimir Subaşiç barəsində qısa statistik göstəriciyə nəzər salaq. Təcrübəli futbolçu hələki “Manisaspor”un heyətində elə də sərrast oyun nümayiş etdirə bilməyib. Subaşiç keçirdiyi 13 oyun ərzində cəmi bir dəfə fərqlənib.
SEYMUR KƏRİMLİ
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza