Ölkə futbolu
"Qəbələ" üçün 7 sınaq matçı
“Qəbələ”nin qış hazırlıq proqramı müəyyənl?…
“Qəbələ”nin qış hazırlıq proqramı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “Qırmızı-qaralar” Topaz Premyer Liqasının 18-ci turunun “İnter”lə dekabrın 21-dəki oyunundan sonra istirahətə buraxılacaq.
Komanda 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək. Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək, məşqlərə başlayacaq. “Qəbələ”nin legionerləri birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq, səfərə yollanacaq.
Əvvəlki təlim-məşq toplanışlarında olduğu kimi yenə “qırmızı-qaralar” bu dəfə də Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq. Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək.
Əyalət təmsilçisi hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü 1-ci, 4-ü 2-ci mərhələdə baş tutacaq. Oyunların günləri və sınaqçı rəqiblərin tam siyahısı yaxın günlərdə dəqiqləşəcək.
Antalya toplanışını başa vurub, Bakıya qayıdacaq komanda 19-cu turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.
Qeyd edək ki, “Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək.
(Klub saytı)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib