Premyer-liqa
Qurbanov: "O, klubdan ayrılsın"
"Qarabağ"ın baş məçqçisi Qurban Qurbanov T…
"Qarabağ"ın baş məçqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Sumqayıt" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis evdəki 2:0 hesablı qələbəni belə şərh edib:
“Yaxşı oyun alındı. Futbolçular çox yorulub. Buna baxmayaraq, oyunu düzgün qurmağa çalışdıq. “Sumqayıt” elə bir komandadı ki, qol vurmadan meydançadan çıxmır. “Sumqayıt” liderlərə qarşı yaxşı çıxış edir. Bizə qarşı oyunda da belə oldu. Düşünürəm ki, oyunçularım istirahəti gözləyirdilər. Qış fasiləsinə gedərkən, deməliyəm ki, yaxşı nəticələrimiz oldu. Futbolçularıma, azarkeşlərə, jurnalistlərə təşəkkür edirəm".
O, isveçrəli hücumçusu İnnosent Emeqaranın klubda qalıb-qalmayacağı ilə bağlı sualları da cavablandırıb: "İnnosent Emeqaranın durumuna gəlincə, onun transfer hüququ bizə məxsusdu. Hazırda anasının yanında olan futbolçu barədə düşünəcəyik. Onun bizimlə müqaviləsi var. Mənə vaxt lazımdır ki, Emeqara barədə qərar verim. Düşünmürəm ki, klubdan ayrılsın. Məsələni düşünməliyəm”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza