Dünya futbolu
"Real"da heç vaxt xoşbəxt ola bilməzdim"
"Barselona"nın kapitanı Xavi ispaniyalı jurnalistin "…
"Barselona"nın kapitanı Xavi ispaniyalı jurnalistin "Real"da oynamaqla bağlı verdiyi sualı cavablandırıb. Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu "Barselona" fanatı olduğunu və Madrid klubunda indiki qədər xoşbəxt olmayacağını bildirib:
"Barselona" fanatıyam. "Real"da heç vaxt xoşbəxt ola bilməzdim. Heç kimi aldatmaq istəmirəm. Heç vaxt "Barselona"dan ayrılmaq barədə düşünməmişəm. Sonuna qədər burda davam etmək istəyirəm. Keçən yay anlaşdıq və bir il burdayam. Bu səbəbdən də çox rahatam. Nə vaxt karyeramı bitirəcəyimi bilmirəm. Kluba çoxlu yeni futbolçular qatılıb. İndi hədəfimiz daha da böyük "Barselona" yaratmaqdı. Lazım olsa, əvəzedicilər skamyasında oturaram. Bu, mənim üçün problem deyil. Qvardiolanın vaxtında möhtəşəmiydik. Titonun zamanında da çox əzmliydik. Keçən il kubok qazana bilmədik, ancaq bu il mütləq bunu bacaracağıq. Qvardiolanın dönəmindəki uğurları yenidən qazanmaq çox çətindi. Digər komandalar artıq bizim sistemimizi bilirlər. O sistemlə oynamaq artıq mümkün deyil. "Real" çox yaxşı komandadı, ancaq biz daha çox çalışaraq onları geridə qoyacağıq".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza