Dünya futbolu
Çakır qayıdır
Türkiyənin tanınmış referisi Cüneyt Çakır yaşı…
Türkiyənin tanınmış referisi Cüneyt Çakır yaşıl meydanlara qayıtmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, 5 həftədi ki səhhətindəki problemlər səbəbindən işindən uzaq qalan FIFA hakimi ölkə çempionatının 15-ci turundakı “Başakşəhər” – “Ərciyəsspor” matçını idarə edəcək.
Qeyd edək ki, Çakır Super Liqanın 10-cu turunda oynanılan “Gənclərbirliyi” – “Karabükspor” matçında özünü pis hiss etmiş və xəstəxanaya aparlmışdı. Əməliyyat keçirən hakim bir neçə gün sonra xəstəxanadan çıxsa da, ambulator müalicə alırdı.