Dünya futbolu
Xavi: "Ronaldo "Qızıl Top"a layiq deyil"
"Barselona"nın kapitanı Xavi Hernandes “Qızıl Top&…
"Barselona"nın kapitanı Xavi Hernandes “Qızıl Top” mükafatı ilə bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı xavbek Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldonu “Qızıl Top”a layiq görmədiyini, üstəlik mükafata namizəd “üçlüy”ün düzgün seçilmədiyini bildirib:
"Ronaldo dünya çempionatında ondan gözlənilən oyunu göstərmədi. Onun yaxşı bir mundial keçirmədiyini düşünürəm. Son “üçlük”də yer alması düzgün deyildi. Mundial keçirildiyi illərdə "Qızıl Top" mükafatı futbolçuların turnirdəki çıxışına əsasən təqdim olunmalıdı. Fikrimcə, son 3 namizəd Lionel Messi, Xavyer Maskerano və Flip Lam olmalı idi".
Qeyd edək ki, ötən il "Qızıl top"a sahib çıxan Ronaldo, Messinin 4 illik Avropa hegemonluğuna son qoymuşdu. Portuqaliyalı bu il də mükafatı qazanmağa əsas namizəd göstərilir.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu