Ölkə futbolu
Kaxaber Sxadadze rəsmən millidə
Bakı “İnter”inin çalışdırıcısı Kaxaber Sxad…
Bakı “İnter”inin çalışdırıcısı Kaxaber Sxadadze Gürcüstan milli komandasına baş məşqçi təyin olunub. Futbolinfo.az xəbər verir ki, bu gün Gürcüstan Futbol Federasiyası ilə 46 yaşlı mütəxəssis arasında rəsmi müqavilə imzalanıb.
Anlaşmaya əsasən, Sxadadze 2015-ci il yanvarın 1-dən iyunun 1-dək ölkəsinin milli komandasına rəhbərlik edəcək. O, bu müddət ərzində yığmanı Malta ilə yoldaşlıq və Almaniya ilə AÇ 2016-nın seçmə mərhələsindəki matça çıxaracaq. Kaxa bu vəzifənin icrasına görə heç bir məvacib almayacaq. O, eyni zamanda həm “İnter”i, həm də yığmanı çalışdıracaq.
Təcrübəli məşqçi yeni vəzifəsi ilə bağlı bunları deyib: “Mən həmyerlilərimi böyük turnirlərdə və seçmə mərhələlərdə nələrə qadir olduğumuzu göstərmək istəyirəm. Milli komandaya başçılıq etmək hər bir məşqçi üçün böyük bir xəyal və ən çətin işdi. Çox şadam ki, ölkə futbolunun inkişafına qatqı vermək üçün şansım olacaq”.
Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2010 mövsümündən etibarən Bakının “İnter” klubunu çalışdırır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”