Dünya futbolu
Karlos: "Bir gün Türkiyədə çempion olacam"
Yenicə Türkiyənin "Sivasspor" klubunun baş məşq&cc…
Yenicə Türkiyənin "Sivasspor" klubunun baş məşqçi postundan ayrılan braziliyalı mütəxəssis Roberto Karlos iddialı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, qardaş ölkənin mətbuatına danışan təcrübəli çalışdırıcı gələcəkdə bu ölkədə çempion olacağını bildirib:
"Bir gün Türkiyədə yenidən işləyəcəyim təqdirdə, komandanı çempion edəcəyimə inanıram. Braziliya millisi və ya digər Avropa komandası ilə dünya çempionu da ola bilərəm. Lakin bu günə kimi baş məşqçi kimi uğur qazanmamışam. Futbolçu kimi isə çox şey etdim. Təbii ki, bu çox asan idi. Çünki bir sıra istedadlı futbolçularla birgə oynadım. Məşqçi kimi 6 kubok qazansam, bu, mənim üçün yetərli olacaq".
Qeyd edək ki, "Sivasspor" rəhbərliyi bir müddət öncə uğursuz çıxışları səbəbindən Karlosla yollarını ayırıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”