Dünya futbolu
Podolski "İnter"də nə vaxt debüt edəcək?
"Arsenal"ın hücumçusu Lukaş Podolskinin &ldquo…
"Arsenal"ın hücumçusu Lukaş Podolskinin “İnter”ə keçmə ehtimalları gündən-günə artır. Futbolinfo.az xəbər verir ki, son olaraq İtaliyanın nüfuzlu "Corriere dello Sport" qəzeti bu haqda məlumat yayıb.
Tərəflərin 29 yaşlı alman forvardın icarəsi barədə razılıq əldə etdiyi deyilir. Hazırda Podolskini mövsümün sonunda transfer etmək hüququ verən maddənin müqaviləyə daxil olunması planlaşdırılır. transfer qiyməti 8 milyon avrodan az olmayacaq. Əgər "topçular" bu bəndi müqaviləyə salsa, bu məbləğ 5-6 milyon avroya enəcək.
Podolski artıq yanvarın 6-da "İnter"in heyətində debüt edə bilər. Həmin gün "neradzzura"nı lider "Yuventus"la prinsipial oyun gözləyir.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”