Dünya futbolu
Van Qaal şikayətləndi: "Məni başa düşmürlər"
"Mançester Yunayted"in baş məşqçisi Lui van…
"Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal komandanın qarşısına qoyulan hədəfləri açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəsis turnir cədvəlinin lideri "Çelsi" ilə aralarında 10 xallıq fərqin olmasına rəğmən, çempion olmaq istədiklərini bildirib:
"Ən yaxşı nailiyyət çempionluqdu. Çünki məqsədimiz mövsümün sonunda Premyer Liqanı ilk pillədə tamamlamaqdı. Futbolda birinci olmaq çox vacibdi. Lakin bu heç də asan başa gəlməyəcək. Buna görə klubunu idarə heyəti MY-nin qarşısına ilk dördlükdə qərarlaşmaq vəzifəsini qoyub. Onların gözlədiyi nəticədən daha artığını etməyə çalışacağıq. Hollandiya və Almaniyada "qış çempionları" olur. Amma qalib mövsümün ortasında deyil, sonunda müəyyənləşir. Amma çempion olmaqdan ötrü qış fasiləsinə qədər liderliyi ələ almaq əhəmiyyətlidi. Kənardan futbolçulara təsir etmək üçün qışqırmaq kifayət etmir. 1-2 nəfər istisna olmaqla, məni başa düşmürlər. Ancaq bir futbolçunun mövqeyini dəyişəndə digərlərinin də tapşırığı dəyişir. Bu səbəbdən çalışıram ki, futbolçular situasiyanı, oyunu oxuya bilsinlər. Bu, onların özündən asılıdı. Sanki, uşaq tərbiyə edirsiz".
Van Qaal Adnan Yanuzayın "Real Sosyedad"a icarəyə göndərilmə ehtimalına da münasibət bildirib: "Onun təcrübə toplamağa ehtiyacı yoxdu. Yanuzay "Mançester Yunayted"in futbolçusudu. Bunu sizinlə müzakirə edə bilmərəm. Çünki klubun icraçı direktoru deyilsiz".
Qeyd edək ki, MY hazırda İngiltərə Premyer Liqasında mübarizəni 3-cü pillədə davam etdirir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”