Dünya futbolu
Mourinyo əsəbləşdi: "Futbolçulara hörmət etmək lazımdı"
Böyük beşlik ölkələrindən yalnız İngiltərədə &…
Böyük beşlik ölkələrindən yalnız İngiltərədə "boxing day" adlanan mərhələ yeni il bayramı ərəfəsində azarkeşləri futbolsuz qoymur. Futbolinfo.az xəbər verir ki, lakin bu heç də hamının ürəyincə deyil.
Elə “Çelsi"nin baş məşqçisi Joze Mourinyo kimi. o, bayram ərəfəsində bu cür sıx qrafik olmasını yersiz sayıb: "Alman futbolçular indi çimərlikdədi. İspanlar isə Maldiv adalarında istirahət edir. Amma İngiltərədə futbolçular dekabrın 22, 26, 28-i və yanvarın 1-də futbol oynamalıdı. Burada bayram deyilən şey yoxdu. Futbolçulara hörmət etmək lazımdı. Yaxşı ki, azarkeşlər stadionu doldurmaqla futbolçulara layiq olduqları dəstəyi verir".
Qeyd edək ki, "Çelsea"ni qarşıdakı 5 gün içində "Vest Hem", "Sauthempton" və "Tottenhem"lə oyunlar gözləyir.