Dünya futbolu
Futbol xuliqanları daha 1 can aldı
Argentinada mövsüm sona çatsa da, futbol xuliqanları…
Argentinada mövsüm sona çatsa da, futbol xuliqanları arasındakı qarşıdurmalar bitmək bilmir. Futbolinfo.az xəbər verir ki, ötən ay dörd tərəfdarın öldürüldüyü Cənubi Amerika ölkəsində bu dəfə də “İndependiente”nin fan klub lideri cinayətə qurban gedib.
İddialara görə, Joze Qalleqo Fernandes Buenos Ayresin 14 kilometr cənub-qərbində “Lanus”lu azarkeşlər tərəfindən tələyə salınaraq öldürülüb. Fernandes sinəsindən aldığı güllə yaralarıyla hadisə yerindəcə keçinib. Cinayəti törətməkdə ən böyük şübhəli bilinən “Lanus” fan klubunun lideri Matias Soto həbs olunub.