Dünya futbolu
Türkiyə millisinin üzvü "Milan"ın hədəfində
Türkiyə millisi və "Bursaspor"un gənc futbolç…
Türkiyə millisi və "Bursaspor"un gənc futbolçusu Ozan Tufan İtaliya klublarının transfer hədəfinə düşünb. Futbolinfo.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Mənbədə qeyd olunur ki, "Milan", "Latsio" və "Udineze" 19 yaşlı sağ cinah müdfiəçisisni heyətinə qatmaq istəyir. Tufana yerli "Fənərbaxça" klubu 3 milyon avro təklif etsə də, o, legioner həyatı yaşamaq istəyir. Bu səbəbdən də onun İtaliya klublarından biri ilə anlaşma ehtimalının çox olduğu deyilir.
Qeyd edək ki, Bursa təmsilçisinin yetirməsi olan Ozan 2012-ci ildən əsas komandada çıxış edir.