Ölkə futbolu
MY-də Di Mariya problemi
"Mançester Yunayted"in yarımmüdafiəçisi…
"Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel Di Mariya "Tottenhem"lə matçda meydana çıxmaya bilər. Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı bu gün yoxlanışdan keçəcək. Müayinənin ardından onun zədəsinin nə dərəcə ciddi olub-olmadığı ortaya çıxacaq.
Di Mariya ilə yanaşı, Adnan Yanuzay və Maruan Fellayninin də sağlığında problemlər var.
İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində oynanılacaq "Tottenhem" – "Mançester Yunayted" matçı sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.