Ölkə futbolu
UEFA çempionatımızın ən yaxşılarının adını açıqladı
UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasında ilk yarının y…
UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasında ilk yarının yekunları ilə bağlı yazı hazırlayıb. Futbolinfo.az xəbər verir ki, hımin yazıda çempionatımızda çıxış edən ən yaxşı legionerlərin adlarında aydınlıq gəlib.
Qitə futbol qurumunun təhlilinə görə, elitamızda 7 ən yaxşı əcnəbi futbolçu var: Leroy Corc, Muarem Muarem (hər ikisi "Qarabağ"), Aleksandr Amisulaşvili, Derlis Meza Kolli (hər ikisi "İnter"), Karlos Kardoso ("Neftçi"), Adrian Skarlatake ("Xəzər Lənkəran"), Draqan Çeran ("Simurq").
Həmçinin mənbədə qeyd olunub ki, Azərbaycan çempionatında Ansi Aqoli, Riçard Almeyda (hər ikisi "Qarabağ"), Mikel Alvaro ("İnter"), Georgios Pelagiosun ("Bakı") Sadio Tounkara ("Xəzər Lənkəran"), Rafael Dos Santos ("Qəbələ"), Viktor İqbekoyi (AZAL) və kimi, güclü legionerlər də var.