Ölkə futbolu
"Qəbələ"də növbəti ayrılıq
Futbol Akademiyamızın fizioterapevti Henk Şolinq "Qəbələ&qu…
Futbol Akademiyamızın fizioterapevti Henk Şolinq "Qəbələ" ilə vidalaşıb. Futbolinfo.az xəbər verir ki, 1 illik müqaviləsi başa çatan hollandiyalı mütəxəssis gedişi öncəsi Akademiyanın məşqçi və futbolçu heyəti üçün vida ziyafəti təşkil edib.
Ziyafət zamanı Şolinq Akademiya əməkdaşlarına müxtəlif xatirə hədiyyələri təqdim edib. Sonda isə tədbir iştirakçıları arasında Henk Şolinqin təşkilatçılığı ilə lotoreya keçirilib. Şolinq uduş fondunu da özü müəyyənləşdirib – o, şəxsi velosipedini mükafat kimi lotoreyaya qoyub. Lotereyanın qalibi isə stadionun əməkadaşı Əjdər Əhmədli olub.
"Qəbələ" klubu Henk Şolinqə akademiyadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.