Dünya futbolu
Luçesku Ukraynanı Rusiyaya dəyişir
Ukrayna "Şaxtyor"unun baş məşqçisi Mirça L…
Ukrayna "Şaxtyor"unun baş məşqçisi Mirça Luçesku karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, Moskva "Spartak"ı rumıniyalı mütəxəssisi komandaya gətirmək istəyir.
Yerli mətbuatın yazdığına görə, artıq tərəflər bu barədə danışıqlara başlayıb. Razılıq əldə olunsa, 69 yaşlı çalışdırıcı növbəti mövsümdən paytaxt təmsilçisinin baş məşqçi postunda əyləşə bilər.
Qeyd edək ki, Luçesku 2004-cü ildən Donetsk təmsilçisini çalışdırır. "Spartak"ın hazırkı baş məşqçisi isə türk əsilli isveçrəli mütəxəssis Murat Yakındı.