Ölkə futbolu
Futbolçumuz oynamadı, komandası uduzdu
Bu gün Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci …
Bu gün Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cavid İmamverdiyevin komandası "Elazığspor" da növbəti matçına çıxıb.
Elazığ təmsilçisi səfərdə "Kayserispor"la üz-üzə gəlib. Görüş qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Hazırda bakıda olan və Türkiyə klubundan ayrılaraq, "Neftçi"yə qayıtmaq istəyən İmamverdiyev bu oyunda iştirak etməyib.
Qeyd edək ki, "Elazığspor" hazırda 22 xalla 6-cı yerdə qərarlaşıb.