Dünya futbolu
Baş məşqçi qərarını verdi: Suares ayrılır
İspaniyanın "Atletiko" klubu 2 futbolçusu ilə yoll…
İspaniyanın "Atletiko" klubu 2 futbolçusu ilə yollarını ayırır. Futbolinfo.az xəbər verir ki, bunlar müdafiəçi Juan Miranda və yarımmüdafiəçi Mario Suaresdi.
İspaniya mətbuatının yazdığına görə, baş məşqçi Dieqo Simeone onların klubdan ayrılmasına icazə verib. Artıq Suaresin İtaliya klublarından təklif aldığı deyilir.
Qeyd edək ki, braziliyalı Mirinda 2011, İspaniya millisinin də üzvü olan Suares isə 2010-cu ildən Madrid klubunda çıxış edir.