Dünya futbolu
Oğuz Çətinin yeni iş yeri bəlli oldu
Bir neçə gün öncə "Xəzər Lənkəran"ın…
Bir neçə gün öncə "Xəzər Lənkəran"ın baş məşqçi postundan rəsmən ayrılan türkiyəli mütəxəssis Oğuz Çətin özünə yeni iş yeri tapıb. Futbolinfo.az xəbər verir ki, 51 yaşlı məşqçi artıq "TRT" (TRT Spor) telekanalında çalışacaq.
Belə ki, Çətin adıçəkilən televiziyada yayımlanan "Futbol Arenası" verlişində şərhçi olacaq. O, burada "Sivasspor"a yenicə baş məşqçi təyin olunan Sərgən Yalçını əvəzləyəcək. Gögtuğ Sevinclinin aparıcısı olduğu proqramın digər şərhçisi isə sabiq referi Ərman Toroğludu.
Qeyd edək ki, türkiyəli mütəxəssis cari ilin iyun ayından "Xəzər Lənkəran"da baş məşqçi vəzifəsini icra edirdi.