Dünya futbolu
Prandelli ilin ən uğursuz baş məşqçisi seçildi
Bir müddət öncə Türkiyənin "Qalatasaray" k…
Bir müddət öncə Türkiyənin "Qalatasaray" klubu ilə yollarını ayıran Çezare Prandelli Avropada ilin ən uğursuz baş məşqçisi seçilib. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliyanın "Mediaset" nəşri sorğu keçirib.
Xerard Pike ("Barselona"), Nemanya Vidiç ("İnter") kimi futbolçuların da yer aldığı "ilin uğursuz 11-liy"ində baş məşqçi olaraq, Prandelli yer alıb. Həmin mətbu orqanda italiyalı mütəxəssislə bağlı bu şərhə yer verilib:
"Bir neçə ayda karyerasını bitirdi. İtaliya millisi ilə dünya çempionatındakı uğursuzluğundan sonra "Qalatasaray"da da çox pis çıxış göstərdi".
Qeyd edək ki, 57 yaşlı mütəxəssis bu yaya həmyerlisi Roberto Mançininin istefasından sonra İstanbul klubuna baş məşqçi təyin olunmuşdu. İtaliyalı çalışdırıcı uğursuz nəticələrin ardından komandadan göndərildi.