Dünya futbolu
Torres "Çelsi"dən rəsmən ayrıldı
“Milan”ın mövsümün əvvəlində &quo…
“Milan”ın mövsümün əvvəlində "Çelsi"dən iki illik müddətə icarəyə götürdüyü Fernando Torresin bütün transfer haqlarını alıb. Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Torres gələn ilin yanvar ayının 5-dən etibarən tamamilə “Milan”a məxsus olacaq.
İspan futbolçu 2011-ci ilin yanvarında “Liverpul”dan “Çelsi”yə 50 milyon avroya transfer olunmuşdu. Son illərdə karyerasında eniş yaşayan Torres bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 10 A Seriyası matçında cəmi bir qol vurub.
“Milan”ın təcrübəli forvard Madrid "Atletiko"suna satacağı gözlənilir.